“Eurovision”dakı mesajlarımız: At başlı oğlan nəyin simvoludur? – FOTO

2017-05-01 14:32:46 / 4549 dəfə oxunub

Azərbaycanın "Eurovision” təmsilçisi Diana Hacıyeva ötən gün Kiyev səhnəsində ilk məşqini edib.

Sabahinfo.az xəbər verir ki, "Skeletons” mahnısı üçün hazırlanan səhnə şousu avropalıların sevgisini qazanıb. Ekspertlər bildirib ki, birinci yarımfinalda ən uğurlu çıxış Portuqaliya (Salvador Sobral) və Azərbaycan (Dihaj) təmsilçilərinindir.Diananın final gecəsi münsiflərdən xalı çox olmasa da, tamaşaçı səsverməsində ön pillələrdə yer alacağı deyilir.

Bəs görəsən, Dihajın şousunda hansı mesajlar verilir?

İlk öncə qeyd edək ki, şounun xoreoqrafı Əməkdar artistNailə Məmmədzadədir. Səhnədə ümumilikdə 6 nəfər yer alıb. Diana və at başlıgənc əsas, digər 4 nəfər isə köməkçi obrazlardır.

Səhnədə sinif otağı qurulub və yazı taxtasında şüarlar qeyd edilib. "Təxəyyül”, "hissiyyat”, "hazırcavab”, "pis oğlan” kimi sözlər yazılıb. Dihajın sağında pilləkən yerləşdirilib və üzərində başında at təsviri olan rəqqas yer alıb.Belə təsəvvür olunub ki, oğlan özünü yüksəkdən tutur və Diananın fikirlərinə önəm vermir.

Dihaj isə ona sinif otağında sevgini fəlsəfi baxımdan başa salmağa çalışır və onu öz səviyyəsinə endirməyə cəhd edir. Hətta rəqs zamanı Diana emosional şəkildə "maskalı pis oğlan”a etirazını bildirir. Lakinat başlı gənc dikbaşlığını qoruyur, pencəyini düzəldir və onun fikirlərini önəmsəmir.

Şoudan görünür ki, oğlan yavaş-yavaş pilləkənlərdən aşağı düşür. Hacıyevanın fəlsəfi hissləri onu aşağı düşməyə məcbur edir. Lakin artıq sinif otağı dağılır, Dihaj otağı sökənlərə etiraz edir. Səhnəcikdən başa düşülür ki, Diana rəqqası öz səviyyəsinə endirə bilir, amma gec olduğunu anladır.

Bundan əlavə, təmsilçimiz səhnədə sadə bir geyimdən istifadə edib.O, səhnəciyin sonunda üst geyimini yerə atır və şou başa çatır.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!