Dünyanın ən yaşlı adamı öldü – FOTO

2017-05-02 15:41:52 / 6980 dəfə oxunub

Dünyanın ən yaşlı insanı Sodimenco 146 yaşında dünyasını dəyişib.

Sabahinfo.az-ın Axşam.az-a istinadən məlumatına görə, Sodimenco İndoneziyada Central Java kəndində yaşayıb.

Hamının Qoto baba kimi tanıdığı yaşlı kişi aprelin 12-də səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Daha sonra o, evə buraxılmasını tələb edib.

Sodimenconun nəvəsi Suyantonun sözlərinə görə, babası son günlər bir çay qaşığı sıyıq və bir az su içib.

Suyantodan babasının bu qədər uzunömürlü qalmasının sirrini soruşduqda, o, Sodimenconun daim sevildiyini bildirib.

Məlumata görə, 1870-ci ildə anadan olan Qoto babadan daha öncə onun 4 həyat yoldaşı və bütün uşaqları dünyasını dəyişib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!