Prezidentin mükafatlandırdığı məşhurlar: "Gözləmirdim, ağlıma da gəlməzdi..."

2017-05-02 15:45:56 / 4746 dəfə oxunub

Ötən gün prezident İlham Əliyev bir qrup incəsənət xadimini təltif edib. Onlar arasında tanınmış şəxslər də var.

Ölkə başçısının sərəncamı ilə xalq artisti,xanəndə Mənsum İbrahimovprezidentin fərdi təqaüdünə layiq görülüb.

XanəndəAzVision.az-a bildirib ki, prezidentin sərəncamı onun üçün sürpriz olub.

"Neçə il idi ki, prezident mükafatı alırdım. Əməyimizə qiymət verilirdi. Sağ olsunlar ki, mədəniyyət işçilərini diqqətdən kənarda qoymurlar. Təqaüdlə bağlı xəbəri sənət dostum Elnur Əhmədov zəng edib dedi. Həmin vaxt müsabiqəyə gedirdim, yolda idim. Mənim üçün gözlənilməz oldu. Hər dəfə təltif olunanda, mükafatlandırılanda elə bilirəm ki, böyük bir yük götürürüəm. Böyük bir məsuliyyətin altına girirəm . Çalışıram ki, sənətimlə bu məsuliyyətin öhdəsindən gəlim. Nə qədər ömrüm var sənətimin, muğamın inkişafına həsr edəcəyəm”.

Aktrisa Nəsibə Eldarovaüçün prezident mükafatı almaq sözün əsl mənasında gözlənilməz olub.

"Mənim üçün çox gözlənilməz, göydən düşmə kimi oldu. Ağlıma gəlzməzdi ki, belə şey olacaq. Heç xəbərim yox idi. Serial çəklişində idim”.

Eyni mükafata layiq görülənXalq artisti, baletmeyster Rüfət Xəlilzadəonun sənətinə verilən dəyərə görə, ölkə başçısına təşəkkür edib.

Xalq artisti Akif İslamzadə:"Bir il bundan öncə mükafat almışdım. Sözün açığı, bu il gözləmirdim. Sağ olsunlar, məni unutmayıblar. Allah razı olsun”.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!