"Regionun taleyini dəyişəcəyik" - Ərdoğan Putinlə görüşdü - YENİLƏNİB

2017-05-03 16:06:39 / 3220 dəfə oxunub

16:01

Soçidə Rusiya prezidentiVladimir Putinlə türkiyəli həmkarıRəcəb Tayyib Ərdoğanarasında görüşü başlayıb.

Sabahinfo.az azvision.az-a istinadən xəbər verir ki, Soçiyə gəldiyi üçün Ərdoğana təşəkkür edən Putin iki ölkə arasındakı münasibətlərin xüsusi status əldə etdiyini və tam bərpa olunduğunu bildirib.

Ərdoğan isə bəyan edib ki, Rusiya və Türkiyənin birgə addımları Yaxın Şərqdəki vəziyyətə təsir etmək imkanına malikdir:

"Bu gün hikitərəfli formatda münasibətləri müzakirə etmək üçün yaxşı imkan var, həmçinin regional məsələləri də müzakirə edə biləcəyik. Bizim çiyinlərimizdə ciddi iş,çox böyük məsuliyyət var. Mən əminəm ki, bizim birgə atdığımız addımlar, bütün regionun taleyini dəyişə biləcək", - deyə Ərdoğan bildirib.

----------

14:34

Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanRusiyada rəsmi səfərdədir.

Sabahinfo.az report-a istinadən xəbər verir ki, Türkiyə prezidentinin göyərtəsində olduğu TUR özəl təyyarəsi Bakı vaxtı ilə saat 13:45-də Soçi şəhərinə enib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!