Şəhərimizdə qonaq olan milyonçu rəqqas: "Bakı bu siyasətlə davam edərsə..."

2017-05-06 17:28:55 / 4040 dəfə oxunub

Gecə paytaxtımızın qonağı olanCanluka Vakkijurnalistlərlə görüş keçirib.

Paytaxt Bakıda keçirilən Bakı Şopinq Festivalının özəl qonaqlarından biri olan məşhur milyonçuCanluka Vakki bu gün yerli mətbuatla görüş keçirib. Əvvəlcəfestivalla bağlı geniş informasiyalar verilib,daha sonra sözü milyonçu rəqqasa veriblər.

Canluka VakkiBakı və burada keçirilən ilkŞopinq Festivalından danışıb. Özü də, şoppinqhəvəskarı olan biznesmen şəhərimizə heyran qaldığını gizlətməyib.

Post sovet ölkələri arasında ilk Rusiyada olan Canluka Bakı barədə dəaz eşitmədiyini söyləyib. Ancaq biznesmen "yüz eşitməkdənsə, bir görməyi" daha üstün tutduğunu bildirib:

"Mən bura gəldim və çox fərqli bir ölkə ilə tanış oldum. Gözəllikdənəlavə buranın sakinlərinin insana göstərdiyi qayğı və qonaqpərvərlik mənəçox xoş gəldi.

Bir rəssam olaraq, şəhərinizin rəngarəngliyinə heyran qaldım. Bakı bu cür siyasətlə davam edərsə, gələcəkdə tanınmış bir turizm məkanına çevriləcək və məndə buraya bir turist olaraq qayıdaram".

Gördüyü işlərdən və sosial şəbəkədəməşhurluğundan da danışan Canluka bildirib ki, əvvəllər öz ölkəsində telekanallarda çıxış edərək öz bacarıqlarını göstərib.

İllər ötdükcə texnologiyanın inkişafıvə sosial şəbəkələrin geniş yayılmasından sonra orada da özünü sınayıb. Milyonçu rəqqas bu işlərindən sonra daha da məşhurluqqazanıb.


Milli.az


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!