"Yuventus" finalda!

2017-05-10 10:06:51 / 3099 dəfə oxunub
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib.

Sabahinfo.az APA-ya istinadən xəbər verir ki, ilk oyun günündə İtaliyanın "Yuventus” klubu öz meydanında Fransa "Monako”sunu qəbul edib.

Ötənhəftə bu komandalar arasında keçirilmiş ilk oyunda turinlilər Knyazlıq təmsilçisinə 2 cavabsız qolla qalib gəlmişdi. İtaliya çempionunun doğma meydanda bu üstünlüyü əldən verməsi inandırıcı görünmürdü. Belə də olub. Turin təmsilçisi azarkeşlərinin gözü qarşısında da bu rəqibini məğlub etməklə, Çempionlar Liqasının ilk finalçısı olub. Digər yarımfinal oyununda iki İspaniya klubu – "Real”la "Atletiko” üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

9 may

"Yuventus” (İtaliya) – "Monako” (Fransa) - 2:1

Mancukiç, 33; Alveş, 44 - Mbabbe, 69

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun – 2:0


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!