Paralimpiyaçımız İslamiadada ikinci qızıl medalını qazandı

2017-05-17 13:05:48 / 3335 dəfə oxunub

Bakıda İslam Həmrəyliyi Oyunlarında para-atletika yarışları davam edir.

Modern.az məlumatına, kişi paralimpiyaçıların lövhə atma yarışında idmançımız Samir Nəbiyev bütün rəqiblərini qabaqlayıb.

Onun nəticəsi 45,17 metr olub.

Gümüş medala İordaniya təmsilçisi Amer Abdelaziz, bürünc medala isə misirli Metava Abouelkhir sahib olub.

Xatırladaq ki, S.Nəbiyev ötən gün kürə itələmə yarışında da qalib gəlmişdi.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!