Füzulidə daha bir sahibkarlıq obyekti açıldı

2017-05-26 16:41:43 / 5542 dəfə oxunub

Prezident İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Rayonda görülən işlər, həyata keçirilən tədbirlər ölkə başçısının məhz bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün şərait yaradılır. Füzuli rayonunda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, rayonun ən böyük yaşayış məntəqələrindən olan Böyük Bəhmənli kəndində sahibkar tərəfindən şəxsi vəsait hesabına şadlıq evi tikilib. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev şadlıq evinin açılış mərasimində iştirak edib. Alı Alıyevə məlumat verilib ki, ümumi sahəsi 2 hektar, tikinti sahəsi 800 kvm, 650 nəfər tutumu olan şadlıq evi Böyük Bəhmənli kənd sakinləri ilə yanaşı, rayonun digər yaşayış məntəqələrindən olan əhaliyə də xidmət edəcək. Şadlıq evi ən müasir dizaynla inşa edilib, ərazisində 500-dək ağac və gül kolları əkilib, abadlıq işləri görülüb. Obyektdə ilkin mərhələdə 35 nəfər işlə təmin olunması nəzərdə tutulub.


Alı Alıyev açılış mərasimində Prezident İlham Əliyevin respublikada iş adamlarına, sahibkarlara yaratdığı şəraitdən danışıb. Bildirib ki, hazırda yüzlərlə şəxs Füzuli rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.


Alı Alıyev bir daha respublikanın hansı bölgəsindən olmasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını Füzuli rayonuna dəvət edib.


Kənd sakinləri füzulililərə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!