İran məşhur güləşçini edam etdi

2017-05-27 16:33:39 / 3764 dəfə oxunub

İranda naməlum ittihamlara görə 10 il həbsdə saxlanılan və sonradan zindanda digər bir məhbusu zorlamaqda günahlandırılaraq ölümə məhkum edilən məşhur güləşçi Höccətullah Tədru edam edilib.

Sabahinfo.az axar.az-aistinadən bildirir ki,İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, bir neçə dəfə ölkə çempionatı yarışlarında 1-ci yeri tutan tanınmış güləşçi İranın Kirmanşah şəhərinin zindanında dar ağacından asılıb.

Höccətulla Tədrunun ailəsinə yaxın mənbələrdən biri isə güləşçiyə qarşı irəli sürülmüş zorlama ittihamını rədd edərək, onun kimlərinsə qurğusunun qurbanı olduğunu bildirib.

Son vaxtlar İranda edamların sayının kəskin artması yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası ölkədə vətəndaşlara qarşı çıxarılan ölüm hökmlərinin sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!