Şəmkirdə vətəndaşların növbəti qəbulu keçirilib

2017-05-26 19:15:41 / 5021 dəfə oxunub

Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun başçılığı ilə vətəndaşların növbəti şifahi qəbulu keçirilib.

Sabahinfo.az xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyəti idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.

Qəbula yazılmış 84 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olmuşdur.
Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!