Şəmkir RİH başçısı yanında şuranın iclası keçirilib

2017-05-30 19:20:04 / 5454 dəfə oxunub
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun sədirliyi ilə rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclası keçirilib.

Sabahinfo.az xəbər verir ki, iclasda şuranın 13 nəfər üzvü və rayon ərazisində ictimai-siyasi və təbliğat işinin fəaliyyətinin artırılması ilə bağlı yaradılmış təşviqat qruplarının üzvləri iştirak edib.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın iclası keçirilib

Şura iclasını giriş nitqi ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov açaraq şuranın yeni tərkibi haqqında sərəncam mətnini iclas iştirakçılarının diqqətinə çatdırıb və şuranın yeni tərkibinə uğurlar arzulayıb.

Daha sonra cənab Alimpaşa Məmmədov şuranın çox vacib məsələlərin müzakirəsi üçün toplandığını, Şəmkirdə ideoloji işin təbliğinin şura üçün prioritet mövzu olduğunu bildirib.

Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, şura üzvləri bir-biri ilə sıx əlaqəli fəaliyyət göstərməli, əhalinin fikirlərini yaxından öyrənməli, xaricdə yaşayan sakinlərlə sıx əlaqələr qurulmalıdır. Şuranın fəaliyyət istiqamətlərinə təhsil, səhiyyə, mədəniyyət, idman, gənclər siyasəti, media və.s məsələlər də daxil edilməlidir.

Cənab Alimpaşa Məmmədov bildirib ki, Şəmkirdə bütün sahələrdə aparılan işlərin və reallaşdırılan islahatların ideoloji təminatı rayonda ictimai-siyasi işin təşkilindən birbaşa aslıdır:” Buna görə də ictimai-siyasi sahədə aparılan işin əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması, rifah halının yüksəldilməsi, sosial-iqtisadi inkişafı ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi ilə bağlıdır.”

İcra başçısı Şəmkirdə sosial media və KİV-in inkişafı istiqamətində də lazımi addımların atıldığının önəmindən danışıb.

Şura iclasında çıxış edən Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski də şuranın rayon üçün vacibliyindən danışmış, bütün sahələrdə çalışan mütəxəssislərin qarşılıqlı fəaliyyətinin Şəmkirin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağını bildirib.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!