Şəmkir RİH-də İnzibati komissiyanın iclası keçirildi

2017-05-31 20:21:44 / 5414 dəfə oxunub
Şəmkir Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İnzibati Komissiyanın növbəti iclası keçirilib.

İclasda Şəmkir Rayon Polis Şöbəsi tərəfindən inzibati xəta törətmiş vətəndaşlar barəsində tərtib olunmuş inzibati protokollar müzakirə edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul olunub.

Sabahinfo.az xəbər verir ki, iclasda yayın gəlişi ilə əlaqədar olaraq şəhər və qəsəbələrdə piyadaların hərəkətinin tənzimlənməsi, səkilərdə təşkil olunan qanunsuz küçə ticarətlərinin qarşısının alınması istiqamətində nəzarətin artırılması və rayon ərazisində qanunsuz tikililərin aşkar olunması üçün reydlərin təşkil olunması, qanunsuz tikinti aparan şəxslərin barəsində inzibati cəza tədbirlərinin gücləndirilməsi komissiya üzvlərinə tapşırılıb.

Qeyd edək ki, iclasda komissiyanın daha da səmərəli fəaliyyət göstərməsi üçün bəzi məsələlər geniş diskusiya şəraitində müzakirə edilib.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!