Qazax şəhərinin giriş hissəsində yenidənqurma işləri aparılır

2017-06-07 16:32:09 / 7726 dəfə oxunub
Qazax şəhərində tikinti-quruculuq işləri geniş vüsət alıb. Şəhərin küçə və meydanları, xiyabanları əsaslı şəkildə yenidən qurulur, şəhərin əvvəlki gözəlliyi tədricən özünə qayıdır. 

Şəhərdə yerləşən bütün çoxmənzilli binalarda Prezidentin sərəncamına uyğun olaraq təmir-tikinti işləri aparılır. Yaşayış binaları öz görkəmini köklü şəkildə dəyişir. Artıq çoxmənzilli binaların bir çoxunda tikinti işləri başa çatdırılıb, digərilərində isə işlər davam etdirilir.

Sabahinfo.az xəbər verir ki, bu günlərdə isə şəhərin girişində əsaslı şəkildə yenidənqurma işlərinə başlanılıb. Giriş hissədə olan hasarlar müasir ornamentlə bəzədilib. Səkilərin kənarlarına qazon otu və həmişəyaşıl gül kolları əkilib. Aparılan bu yenidənqurma işləri şəhərin giriş hissəsinin görkəmini baxımlı və gözəl edib.

Şəhərin girişində görülən əsas işlərdən biri isə 7 metr hündürlükdə olan postament üzərində qoyulan at heykəlidir. Bu gün Dilboz atın rəmzi olan at heykəli həmin postament üzərinə qoyulub.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!