Telekanal rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq

2017-09-23 15:46:23 / 2199 dəfə oxunub

Bu gün "CBC Sport" kanalının baş direktoru Volkan Üstünün toyudur.

Sabahinfo.az qol.az-a istinadən xəbər verir ki,Volkan Üst keçmiş xanımı, türkiyəli aparıcı Özge Uzunla rəsmi nikaha girəcək. Nikah mərasimi Türkiyənin Azərbaycandakı səfirliyində keçiriləcək. Bundan sonra elə səfirliyin həyətində, açıq havada ziyafət təşkil ediləcək.

Qeyd edək ki, Türkiyə vətəndaşları olan Volkan Üst və Özge Uzun 10 il evli olublar və sonra ayrılıblar. Qısa müddət sonra isə onlar yenidən birlikdə olmaq qərarına gəliblər. Volkat Üst ikinci evlilik təklifini Özge Uzuna Türkiyə kanallarında birinin canlı efirində qonaq olarkən edib və müsbət cavab alıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!