Xoşqədəm vəfat edən qardaşı haqda: "Kaş həyatda olardın"

2017-09-23 15:50:11 / 4178 dəfə oxunub
Aparıcı Xoşqədəm Hidayətqızı dünyasını dəyişən qardaşını xatırlayıb.

Axşam.az-ın məlumatına görə, o, 1990-cı ildə çəkilən fotosunu paylaşaraq bunları yazıb:

"1990-cı il, Sankt-Peterburq... Rəhmətə gedən qardaşım İlyas ali məktəbə qəbul olunduğum üçün məni yanına aparmışdı. Qəbul olunduğuma görə sevinirdi. Bir həftə bütün şəhəri gəzdirdi, mənə istədiklərimi aldı. Zəhməti ilə Rusiyada iki ali məktəbi bitirən, yüksək vəzifələrdə çalışan, talehsiz qardaşım.

Sən bizim arxa-dayağımız, qürur yerimiz, atamız olmusan. Kaş bu gün həyatda olardın. Bəlkə də indi həyatımızda hər şey fərqli idi. Yaraşıqlı qardaşım, dünən gecə səni yuxuda gördüm. Bu gün səninlə birlikdə çəkdirdiyimiz fotolara baxaraq səni yad etdim. Allah sənə rəhmət eləsin, qardaşım".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!