Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI

2017-09-25 16:07:08 / 5073 dəfə oxunub

Zibil və tullantıların çoxluğu çoxmilyonlu meqapolislərin, son vaxtlar isə qaynar ritmindən uzaq kənd yerlərinin də ciddi probleminə çevrilib. Amma əksər cəmiyyətlərdə zibilyığan peşəsi heç zaman prestijli iş sayılmayıb. Ağır iş şərtləri, pis qoxu və s. bu sahədə çalışmaq istəyənlərin sayını xeyli azaldır. Bəzi ölkələrr zibilyığan peşəsinə marağı artırmaq üçün onlara yüksək əmək haqqı da təqdim edir.

Maraqlıdır ki, Şərq ölkələrindən fərqli olaraq, Qərbdə bu peşənin sahibləri çox yüksək maaşla təmin olunurlar. Modern.az ayrı-ayrı ölkələrdə zibil yığanların aldığı əmək haqqınını miqdarı barədə məlumatı təqdim edir.

ABŞ.Bu ölkədə zibil yığanlar çox yüksək maaş alırlar. Belə ki, onlar ildə 25 min dollardan 40 min dollar qədər gəlir əldə edə bilərlər. Kaliforniya ştatında zibil yığanın 1 saatlıq əməyi 16 dollara qiymətləndirilir. Əlavə iş növbəsinə çıxanlar isə ildə 60 min dollar qazana bilərlər. Bu məbləğ nüfuzlu universitetləri bitirən şəxslərin gəlirlərini üstələyir. Amma zibil yığan işləmək elə də asan deyil. ABŞ-da vacant yerə işçi görüən zaman onun fiziki hazırlığı, pis qoxulara qarşı dayanıqlılığı, şəxsi gigiyenası və işə olan məsuliyyəti nəzərə alınır. Adətən, zibil yığan maşının sürücüsü köməkçisindən daha çox pul qazanır.

Almaniya.Bu Qərbi Avropa ölkəsində də zibil yığan peşəsi prestijli sayılır. Təhsilsiz orta işçi ayda 1500-2200 avro pul qazana bilir. Müvafiq təhsil səviyyəsi və sürücülük vəsiqəsi almış şəxslər isə ayda 3500 avroya qədər maaş alır. Zibilxananın avtoparkının dispetçeri yaxud qrup rəhbəri ildə 50 min avroya qədər maaş ala bilir. Fiziki işin ağırlığı və sağlamlığa ziyanına baxmayaraq Almaniyada zibil yığanlara yüksək maaş verildiyi üçün vakant yer demək olar ki, olmur.

Rusiya.Bu ölkədə zibil yığan peşəsi populyar deyil və əsasən ölkəyə iş arxasınca gələn miqrantlar tərəfindən yerinə yetirilir. Bölgələrə nisbətən, Moskva və Sankt-Peterburqda 9 saatlıq iş növbəsinə görə zığanlar 30 min rubl (5000-600 dollar) maaş alırlar. Regionlarda isə analoji işə görə əmək haqqı 2 dəfə azıdr.

Azərbaycan. Ölkəmizdə də zibil yığan peşəsi heç zaman populyar olmayıb və adətən ali təhsili olmayan şəxslərin çalışdığı sahədir. Bu sfera Azərbaycanda bələdiyyə və mənzil-kommunal təsərrüfat idarələrinin nəznində fəaliyyət göstərir. Əmək haqlarının azlığı (150-400 manat) da ölkəmizdə zibil yığma peşəsi ilə məşğul olmaq istəyən insanların sayını azaldır.


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!