TƏLƏBƏLƏRİN HÜQUQLARINI MÜDAFİƏ EDƏCƏK OMBUDSMAN OFİSİNİN AÇILMASI GÖZLƏNİLİR

2017-09-27 20:26:45 / 5345 dəfə oxunub

Gəncə Dövlət Universitetini (GDU) təmsil edən nümayəndə heyəti Gürcüstanın Akaki Tsereteli Universitetinin koordinatorluğu ilə həyata keçirilən Avropa Komissiyasının "Erasmus Plus” proqramı üzrə AESOP layihəsinin hesabat xarakterli görüşündə iştirak edib.

Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, Xəzər Universitetində keçirilən tədbirdə ali təhsil müəssisəsini GDU-nun elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Beynəlxalq əlaqələr şöbədinin müdiri Ruslan Məmmədov və İnformasiya Kommunikasiya şöbəsinin müdiri Asif Həsənov təmsil ediblər.

Böyük Britaniya, Finlandiya və Polşalı ekspertərin, həmçinin Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyadan olan nümayəndələrin də iştirak etdiyi təlimin keçirilməsində məqsəd universitetlərdə Ombudusman ofisinin funksiya və strukturlarının nəzəri və praktik cəhətdən öyrənilməsi olub.

Tədbiri açan Xəzər Universitetinin təsisçisi ,Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirakçıları salamlayaraq təlimin mahiyyəti haqqında geniş məlumat verib.

Daha sonra iştirakçıların layihə ətrafında məruzələri dinlənilib.

Qeyd edək ki, layihənin nəticəsi olaraq proqrama qoşulan ali təhsil müəssisələrində, eləcə də GDU-da tələbələrin hüquqlarını müdafiə edəcək Ombudsman ofisinin açılması gözlənilir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!