Krasnoyarsk Dövlət Aqrar Universitetinin nümayəndə heyəti ADAU-ya səfər edib

2017-09-26 19:37:20 / 5674 dəfə oxunub


Rusiyanın ən qədim elm məbədlərindən biri də Sibirdə yerləşən universitetlər, inistitutlar və Rusiya Elmlər Akademiyasının Novosibirsk bölməsidir.Bu gün Azərbaycanda və eləcə də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aparılan işlərin sorağı uzaq Sibirə də çatmışdır. Təsadüfi deyildir ki, məhz Sibir regionunda yerləşən Krasnoyarsk Dövlət Aqrar Universitetinin rektoru və bir qrup əməkdaşı ADAU ilə əməkdaşlıq əlaqələrinin qurulmasını zərurət duyaraq, 25 sentyabr 2017-ci il tarixində ADAU-ya səfər ediblər. ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlara universitetin tarixi, müasir vəziyyəti, aqrar sahəyə və aqrar təhsilə dövlətdəstəyi, əməkdaşlıq əlaqələrinin prioritet istiqamətləri barədə danışıb. Səmimi qəbula görə dərin təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Krasnoyarsk Dövlət Aqrar Universitetininrektoru, professor Natalya İvanovna Pıjikova hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyi, müəllim və tələbələrin mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması məsələlərini müzakirə edib, son illərdə ADAU-nun maddi-texniki bazasının müasir standartlara uyğun yenidən qurulması, laboratoriyaların, tədris və tədqiqat mərkəzlərinin yaradılmasını çox yüksək qiymətləndirib.

Görüşün sonunda universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb.

Sonra qonaqlar universitetin tədris korpsularında tədris və elmi-tədqiqat bazası, tələbə evindəyaradılan şəraitlə yaxından tanış olublar.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!