ADAU-da magistrantlar üçün geniş tədqiqat imkanları var

2017-09-18 20:39:31 / 5632 dəfə oxunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) magistratura səviyyəsində tədris prosesinin və elmi-tədqiqat işlərinin müasir tələbələrə uyğun yenidən qurulması istiqamətində aparılan işlər yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək magistr hazırlığının təmin edilməsinə yönəlmiş hədəfə çatmaq üçün geniş imkanlar yaradıb. 2017/2018-ci tədris ilində magistratura səviyyəsi üzrə birinci kursa qəbul olmuş tələbələrlə görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək son illərdə universitetin maddi-texniki bazasının möhkəmləndirilməsinin magistr hazırlığının səviyyəsinə də əhəmiyyətli dərəcədə müsbət təsir göstərdiyini bildirib. Qeyd olunub ki, həyata keçirilən tədbirlərin növbəti mərhələsi kimi, 15 sentyabr 2017-ci il tarixində, "Bilik günü”ndə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun, Türkiyə, Çin Xalq Respublikası və Hindistanın ölkəmizdə səlahiyyətli səfirlərinin, aparıcı şirkət və müəssisələrin iştirakı ilə açılmış virtual auditoriya, John Deere təlim mərkəzi, baytarlıq kilinkası, süni mayalanma tədris mərkəzi, eksperimental heyvandarlıq kompleksi, toxumçuluq və aqrokimya laboratoriyaları, Gilan Holdinq auditoriyası universitetdə təhsil alan magistrantlara səmərəli elmi-tədqiqat işlərinin aparılması üçün hərtərəfli şərait yaradır. Yaradılmış imkanlardan səmərəli istifadə etmək, dissertasiya işlərinin mövzularının düzgün müəyyən edilməsi, praktik əhəmiyyət daşıyan işlərin sayının artırılması qarşıda duran ən mühüm vəzifələrdən biri olduğu qeyd olunub.

Magistrantların xarici dil biliklərinin artırılması, beynəlxalq mübadilə proqramlarında iştirak, aparıcı elmi-tədqiqat müəssisələrinə təcrübəyə göndərilmə, stimullaşdırıcı təqaüdlərin verilməsi kimi vacib məsələlərə də toxunan rektor aidiyyəti üzrə tapşırıqlar verib, magistrantları maraqlandıran sualları cavablandırıb.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!