ADAU-nun əməkdaşları Çin Xalq Respublikasında keçirilən "2017 Kənd Təsərrüfat İnvestisiya Layihəsinin İdarə edilməsi" mövzusunda seminarda iştirak etmişlər

2017-09-23 09:54:41 / 4579 dəfə oxunub

Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, aqrar iqtisadiyyat kafedrasının assistenti Rahil Muradov və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Elşad Qarayev Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin xətti, Çin Xalq Respublikasının Azərbaycan Respublikası səfirliyi nəzdindəki İqtisadi Ticarət Müşavirliyi və Çin Xalq Respublikasının Kənd Təsərrüfat Nazirliyinin təşkilatçılığı ilə 22 Avqust - 11 Sentyabr tarixləri arasında Çində baş tutan "2017 Kənd Təsərrüfat İnvestisiya Layihəsinin İdarə edilməsi" adlı beynəlxaq seminarda iştirak etmişlər.

"2017 Seminar on Agricultural İnvestment Project Management for the Belt and Road Countries" adlı beynəlxalq seminarda 27 nəfərdən ibarət 7 ölkənin nümayəndələri müxtəlif mövzularla bağlı mühazirələrlə çıxış etmişlər. Onlar, həmçinin seminar çərçivəsində ÇXR-in Pekin, Ningxia şəhərlərinə səyahət edərək günbəgün inkişaf etməkdə olan aqrar sahədə geniş miqyasda aparılan elmi tədqiqatların canlı şahidi olmuşlar.

21 gün baş tutan seminar ərzində Çinin mədəniyyəti, elmi tədqiqatın əsasları, çin elementləri, çin kallioqrafiyası, müasir təlimin əsası: İnnovasiya və müasirlik, beynəlxalq təhsil, tədrisin təşkilində ən çox istifadə olunan müasir təlim metodları və onlardan istifadə, uğurlu tədrisin təşkili və qiymətləndirilməsi, milli mədəniyyət və xalqlararası ünsiyyət kimi mövzular ətrafında maraqlı və interaktiv diskussiyalar təşkil olunmuşdur.

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları seminarın bağlanış mərasimində layihə rəhbəri tərəfindən təşkil olunan ümumi hesabatda iştirak etmiş, ölkə haqqında video çarx təqdim etmişlər. Uğurlu nailiyyətlərin göstəricisi qismində seminar iştirakçılarına sertifikat-diplomlar verilmişdir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!