"Azərbaycanın peşəkar boksda da dünya çempionunun yetişəcəyinə əminəm"

2017-10-02 10:22:04 / 1955 dəfə oxunub

"İlk növbədə, Prezident İlham Əliyevə Ümumdünya Boks Şurası Konvensiyasının Bakıda təşkilinə şərait yaratdığı üçün minnətdarlıq etmək istərdim. Bu versiyada dünyanın müxtəlif dahi boksçuları, o cümlədənMəhəmməd Əli, Mayk Tayson, Lennoks Lüis vuruşub. Mənə də WBC versiyası üzrə dünya çempionu titulunu əldə etmək qismət olduğu üçün böyük qürur hissi keçirirəm. Çox yaxşı haldır ki, belə bir konvensiya Azərbaycan paytaxtında keçirilir. Təşkilati işlərdə dəstək olduğu üçün gənclər və idman naziri Azad Rəhimova da böyük təşəkkürlərimi bildirirəm. Konvensiyanın işiunə uğurlar arzulayıram".

Sabahinfo.az report-aistinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukraynanın paytaxtı Kiyev şəhərinin meriVitali Kliçkodeyib. Ötənlərin məşhur boksçusu WBC Konvensiyasının Bakıda təşkilini qeyri-adi hadisə adlandırıb: "Çünki bu tədbir adətən, WBC versiyasında döyüşməyə namizədi olan ölkələrdə keçirilir. Ən nüfuzlu versiya üzrə Azərbaycanın çempionu yoxdur. Amma əminəm ki, belə inkişaf etmiş infrastruktur, idmana göstərilən diqqət sayəsində belə bir çempion ən yaxın vaxtlarda yetişəcək. Dünyanın bütün promouterləri Bakını, Azərbaycanı görmək, növbəti il dünya çempionu kəməri uğrunda döyüşün məkanını müzakirə etmək üçün bura gəliblər. Əminəm ki, bu konvensiya Azərbaycanda peşəkar boksun inkişafına bir təkan olacaq. Bilirik ki, Azərbaycanın həvəskar boksda ən yüksək nəticələr göstərmiş idmançıları var. İnanıram ki, yaxın vaxtlarda belə boksçular peşəkar rinqdə də ortaya çıxacaqlar".

Vitali Kliçko Azərbaycanın peşəkar boksda da yüksək nəticələr əldə etməyə qadir olduğunu vurğulayıb: "Bir neçə il əvvəl Azərbaycanda boks üzrə dünya çempionatı yüksək səviyyədə keçirildi. Üstəlik, Azərbaycanın bir neçə boksçusu yüksək nəticələr göstərdi. Hətta qardaşım Vladimir Kliçkonun peşəkar boksda rəqibi olmuş Entoni Coşua finalda Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidova uduzdu. Nəticədə Coşua yalnız gümüş mükafatçı ola bildi. Ənənələr var, bunu möhkəmləndirmək, inkişaf etdirmək lazımdır. Nelson Mandella idmanın dünyanı dəyişməyə qadir olduğunu deyib. Belə tədbirlərin Azərbaycanda təşkili çox xoş haldır".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!