Xınalığa 17 sm qar yağıb

2017-10-03 10:40:02 / 5990 dəfə oxunub
Oktyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə (Xınalıq, Qırız, Şahdağ) qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sabahinfo.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-39, Lənkəran-Astara zonasında 9-110, Böyük Qafqazda 9-70, Mərkəzi-Aran rayonlarında 8-56, Kiçik Qafqazda 22-35, Qazax-Gəncə zonasında 8-25, Naxçıvan MR-da 2-10 mm olub.

Qar örtüyünün hündürlüyü Xınalıqda 17, Qırızda 7, Ləzədə 3 sm təşkil edib.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!