Alimlərdən yeni İDDİA - Seks ömrü qısaldır

2017-10-03 12:14:03 / 6347 dəfə oxunub

Seksual aktivlik yaşlanmaya təsir göstərir.

Modern.azxəbər verir ki, bu barədə Braziliyanın Riu-Qrandi-du-Sul universitetinin alimlərinin apardığı təcrübələr deməyə əsas verir.

Braziliyalı elm adamları orqanizmin daha çox seksual enerji sərf etdiyi zaman öz hüceyrələrinin bərpasına daha az vasitə sərf etdiyi qənaətinə gəliblər.

Təcrübə üçün 2 aylıq olan 80 ədəd siçandan istifadə olunub. Onları 3, 6, 12 və 24 ay yaşayacaq 4 qrupa bölüblər. Həmin müddət başa çatdığı zaman isə siçanlar xüsusi üsulla öldürülüb. Paralel olaraq, həmin 4 qrupdakı siçanlar dişi siçanlarla cütləşən və subay həyatı sürən 2 əsas qrupa bölünüb.

Ölən siçanların orqanizmində aparılan tədqiqatlar zamanı dişi siçanlarla əlaqədə olanların orqanizmində antioksidantların və oksitil stessinin yüksəsk olduğu və subay siçanlarla müqayisədə zədələnmiş DNT-lərin gec bərpa olunduğu aydınlaşıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!