Referendumun "Barsa"ya vurduğu ziyan - 3,4 milyon avro

2017-10-06 19:03:56 / 3328 dəfə oxunub

İspaniyanın Kataloniya bölgəsində keçirilən referendum "Barselona"nın büdcəsinə də ziyan vurub.

Sabahinfo.az komanda.az-a istinadən xəbər verir ki, Kataloniyanın müstəqilliyi üçün keçirilən səsvermə günü baş tutan La Liqanın 7-ci turunun "Las-Palmas"la ev oyununu tamaşaçısız keçirmək qərarı verən "Barselona", maddi cəhətdən bunun acısını yaşayıb. Belə ki, İspaniya mətbuatında yer alan məlumata görə, "Barsa" "Nou Kamp"da baş tutan qarşılaşmanı boş tribunalar önündə keçirməklə, 3,4 milyon avro itirib.

Xatırladaq ki, sözügedən oyun katalonların 3:0 hesablı qələbəsiylə nəticələnib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!