“Qarabağ”- “Atletiko” oyununa 20 min bilet satılıb

2017-10-07 17:55:53 / 2826 dəfə oxunub
Ağdamın "Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı "Atletiko Madrid” ilə matça bilet satışı davam edir.

Sabahinfo.az klubun saytına istinadla xəbər verir ki, qarşılaşmaya satılan biletlərin sayı artıq 20 minə çatıb.

Azarkeşlər biletləri "ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassasından, "28 Mall”, "Gənclik Mall”, "Park Bulvar” alış-veriş mərkəzlərindən, "Azərbaycan”, "Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyov küçəsi 69x ünvanından ala bilərlər. Eyni zamanda, biletləri "iTicket.az” saytından onlayn əldə etmək də mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, "Qarabağ”-"Atletiko Madrid” matçı oktyabrın 18-də saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!