Millimizin son sınağı

2017-10-08 16:33:35 / 2045 dəfə oxunub
Bu gün futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək.

Sabahinfo.az xəbər verir ki, millimiz Kayzerslautern şəhərindəki Frits Valter stadionunda Almaniya yığması ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, yığmamızın yer aldığı "C” qrupunda Almaniya 27 xalla qrup birincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Şimali İrlandiya yığması 19 xalla ikinci, Çexiya 12 xalla üçüncü, Norveç 10 xalla dördüncü, eyni xala sahib Azərbaycan millisi beşinci pillədə qərarlaşıb. Hesabında xal olmayan San-Marino yığması isə sonuncudur.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!