Azərbaycanlı çoban türk məşhurları heyran qoydu - Video

2017-10-09 09:38:52 / 4872 dəfə oxunub
Neftçalanın Qaçaqkənd sakini Pərvin Səfərov "O səs Türkiyə” mahnı yarışmasında ifası ilə münsifləri heyran edib.

Sabahinfo.az xəbər verir ki, Pərvin Səfərov yarışmada "Nazəndə sevgilim” mahnısını oxuyub. Həmyerlimizin ifasını bəyənən Hadisə, Murad Boz və Hakan yarışmanın şərtlərinə uyğun olaraq ona tərəf dönüblər.

Layihənin rəhbəri Acun İlıcalı Pərvinin çoban olduğunu bildirib və onun səsini bəyəndiyini, şəxsən yarışmaya qatılmağa dəvət etdiyini vurğulayıb.

Qeyd edək ki, Pərvin Səfərov bir müddət əvvəl sosial şəbəkədə yayılan bir ifasından sonra məşhurlaşmışdı./kult.az/

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!