Müəllimlər günü qeyd olundu

2017-10-05 16:57:00 / 5040 dəfə oxunub

5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə rayonun təhsil işçilərinin bayram toplantısı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad etmiş, abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etmişdir.

Toplantını giriş sözü ilə tayon Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev açmış, Respublika Prezidentinin milli təhsilə göstərdiyi diqqət və qayğıdan danışaraq rayonun təhsil sahəsində qazandıqları uğurlardan söhbət açmışdır.

Güləbatlı kənd tam orta məktəbinin direktoru Asif Alıkişiyev, 2 saylı məktəb-liseyin direktor müavini Məlahət Nuriyeva, Soyulan kənd tam orta məktəbin riyaziyyat müəllimi, "Əməkdar müəllim” Afaq Xəlilova, 5 saylı tam orta məktəbin direktor müavini İlham Məmmədov, 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Fazilə Kərimova çıxış edərək bayram sevinclərini bölüşmüşlər.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllimləri peşə bayramları münasibəti ilə təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, rayonun təhsil işçilərinin əldə etdiyi nailiyyətlərdən danışmış, bildirmişdi ki, təhsil işçilərinin bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd etməyə haqları var. Bu il rayonumuzdan 265 nəfər ali, 65 nəfər orta-ixtisas məktəblərinə, 6 nəfər C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 10 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplamışdır.

Rayonumuzda sayılıb-seçilən, adlı-sanlı müəllimlərimiz də çoxdur.  Onlardan 5 nəfər "Əməkdar müəllim” adına, 5 nəfər  "Tərəqqi” medalına, 4 nəfər "Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülüb. Bayram günündə isə şəhər 2 saylı məktəb-liseyin müəllimi Mehriban Abbasova "Tərəqqi” medalı ilə təltif edilmişdir.
Sonda rayon rəhbəri bir daha müəllimləri peşə bayramları münasibəti ilə təbrik etmiş, onlara gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etməyi arzulamışdır.

Sonra rayon rəhbəri bir qrup müəllimə rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və təhsil şöbəsi tərəfindən Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim etmişdir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!