Kürdəmirdə pambıq yığımına 2500 nəfərdən çox işçi qüvvəsi cəlb olunub

2017-10-10 16:52:25 / 6399 dəfə oxunub
Kürdəmir rayonunda pambıq yığımı kampaniyası davam edir və indiyədək tarlalardan 2004 ton məhsul yığılıb.

Sabahinfo.az rayon icra hakimiyyətinə istinadla xəbər verir ki, toplanan "ağ qızıl”ın 1879 tonu qəbul məntəqələrinə təhvil verilib.

Qeyd edək ki, cari mövsümdə rayonda 4027 hektarda pambıq yetişdirilib. Sahələrin 1500 hektarı maşınlarla yığılır. Hazırda hər gün tarlalara 6 pambıqyığan maşın çıxarılır. Qalan sahələrin məhsulu isə əl ilə toplanır. Əl ilə yığıma 2500 nəfərdən çox işçi qüvvəsi cəlb olunub.

Rayon pambıqçıları hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələri səfərbərliyə alıblar.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!