Onlardan biri Putini 2024-cü ildə əvəz edəcək - SİYAHI

2017-10-11 15:26:47 / 2028 dəfə oxunub

Son zamanlar Rusiya elitasında baş nazir Dmitri Medvedevin dəyişdiriləcəyinə dair müzakirələr artıb. Medvedevin mümkün varisləri ilə bağlı bir sıra versiyalar irəli sürülür.

Sabahinfo.az xəbər verir ki, son olaraq "Blomberg” agentliyi mənbələrə istinadən növbəti versiyanı səsləndirib.

Mənbələr üç nəfərin adını çəkib. Bunlar Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, Moskvanın meri Sergey Sobyabin və ticarət və sənaye naziri Deniz Manturovdu.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, baş nazir postuna daha çox qətiyyətli menecer və Rusiya iqtisadiyyatını dirildə bilən şəxs axtarılır. Mənbələr danışır ki, biznesin görkəmli nümayəndələri və onların hökumətdəki müttəfiqləri artıq 2024-cü il prezident seçkiləri üçün mümkün namizədlərin öyrənilməsinə başlayıb. Baxmayaraq ki, bu, hələlik uzaq perspektiv (2018-2024-cü illər də Rusiyaya Vladimir Putinin rəhbərlik edəcəyi heç kimdə şübhə doğurmur - red.) hesab olunur.

Gözlənilir ki, Putin 2018-ci il seçkilərində qələbədən sonra yeni baş naziri təyin edəcək. "Blomberg” hesab edir ki, yeni baş nazir həmçinin Putinin varisi ola bilər. Agentlik yuxarılarda gərginliyin güclənməsinə sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işinə görə Rusiya elitasının parçalanması fonunda baxır. Medvedev və korrupsiyada ittiham olunan Ulyukayev çoxdankı silahdaş idilər. Hər ikisi azad bazarın tərəfdarıdır.

"Blomberg” apreldə Medvedevin iki silahdaşına istinadən bildirirdi ki, baş nazir özünün siyasi gələcəyindən narahatdır. Ehtimallara görə, baş nazir 2018-ci ilin martında keçiriləcək prezident seçkilərinin yaxınlaşması müddətində daha da zəif olacaq. Agentlik həmçinin qeyd edir ki, Aleksey Navalnı tərəfindən korrupsiyada ittiham edilməsi Medvedevin reytinqinin aşağı düşməsində xüsusi rol oynayıb. Məşhurluğunu itirən və korrupsiyada ittiham olunan Medvedevin seçkilərdən əvvəl Kreml tərəfindən qurban veriləcəyi ehtimalı olduqca yüksək görünür.

Xatırladaq ki, daha əvvəl Gazeta.ru saytı mənbələrinə istinadən baş nazir postuna potensial namizədlərin reytinqini təqdim edib./publika/

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!