700 qramlıq körpəyə sənəd ala bilmirlər - Foto

2017-10-12 09:55:27 / 2780 dəfə oxunub

Türkiyədə yaşayan azərbaycanlı ailə Azərbaycan səfirliyindən yardım istəyir.

Sabahinfo.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, Marmarisdə yaşayan Rauf-Nərmin Həsənli cütlüyü 6 aylıq dünayaya gələn 700 qramlıq körpələrinə pasport ala bilmir. 

Ailə iddia edir ki, Dənizli dövlət xəstəxanasına yerləşdirilən körpənin müalicəsinə onlardan 800 türk lirəsi tələb edilib. Rauf Həsənlinin sözlərinə görə, o, sosial sığortalı işləsə də, körpənin pasportu olmadığına görə, pulsuz müalicə ala bilmir. 

Həsənli ailəsin daha bir iddası isə Türkiyədəki Azərbaycan səfirliyi ilə bağlıdır. Onlar bildirir ki, səfirlik uşağa pasport vermək üçün onun Ankaraya gətirilməsini tələb edib.  Hazırda çətin vəziyyətdə qalan Həsənlilər səfirlik nümayəndələrindən kömək istəyirlər.




Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!