Ermənistandan Bakıya salam göndərən “qaqa” - Video

2017-10-12 12:23:32 / 3755 dəfə oxunub
"Qarabağ”ın alban futbolçusu Ansi Aqolli 35 yaşını qeyd edib.

Sabahinfo.az bildirir ki, Aqolli 1982-ci il oktyabrın 11-də Albaniyanın paytaxtı Tirana şəhərində anadan olub. "Qarabağ”ın əsas oyunçularından olan Aqolli peşəkar futbolçu olmaqla yanaşı, Azərbaycanı çox sevir və hər dəfə bunu dilə gətirir.

Onun Qarabağın Ağdam rayonunun əhalisinə xas olan "qaqa” sözündən xoşu gəlir və bu müraciəti tez-tez işlədir. Aqolli həmçinin Azərbaycan dilini də müəyyən qədər öyrənib.

Bu gün "Qarabağ” klubu dünyanın ən mötəbər klub turniri olan Çempionlar Liqasında iştirak edir və şübhəsiz ki, bunda Ansinin də rolu var. "Qarabağ”ın əfsanələrindən olmaq yolunda addımlayan Ansi Aqolli həm meydanda, həm də futboldan kənarda Azərbaycana necə bağlı olduğunu daim göstərir.

Aqollinin xüsusən Avro-2016-nın seçmə mərhələsində Ermənistan yığması üzərində (0-3) qələbədən sonra "Vazgen Sərkisyan anvan Hanrapetakan Marzadasht” stadionundan ölkəmizə, xalqımıza salam göndərməsi böyük rəğbətlə qarşılanmışdı./axar.az/


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!