"Ərə getmək nədir, gəz, kef elə" - Səidə

2017-10-13 18:16:13 / 2927 dəfə oxunub

"Hər zaman ərə getmək mənə gülməli gəlib. Ona görə də hələ ailə qura bilmirəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Səidə Sultan "5/5” verilişində deyib. Sənətçi hələ də ailə qurmamasının səbəbini açıqlayıb:

"Həmişə deyirdim ki, ərə getmək nədir, gəz, kef et. Bacılarım ailə qurandan sonra mən də həvəsə düşdüm. Hələ Koroğlu kimi birini tapmamışam. Ona görə də ərə getmirəm”.

Səidə dostu Niyam Salaminin ona evlilik təklifi etməsi ilə bağlı suallara belə cavab verib:

"Gərək adamda kiməsə qarşı bir az "qıdıq" olsun. Niyama qarşı yoxdu. Niyama dedim ki, bağışla, qardaşımsan, sənə ərə gedə bilmərəm. Dedi ki, minnətin olsun. Mənə hələ bir minnət də qoydu”.



Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!