Cəlilabad rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

2017-09-12 10:32:37 / 4510 dəfə oxunub
11 sentyabr 2017-ci il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir.Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad etmişlər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəlilabad rayonuna etdiyi tarixi səfərinin əks olunduğu filimə baxıldı.Konfransı giriş sözü ilə Cəlilabad Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov açaraq müəllimləri təbrik edib konfransın işinə uğurlar arzuladı. RİH başçısı rayon təhsilinin bəzi məqamlarına toxundu, bu sahədəki uğurlardan danışdı. Göstərdi ki, ölkədə olduğu kimi Cəlilabadda da hər il yeni məktəblər tikilib istifadəyə verilir, bəziləri əsaslı təmir olunur.Cəlilabadın iqtisadi və mədəni inkişafı təhsilin səviyyəsinə də müsbət təsir göstərir. İcra başçısı Əziz Əzizov tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri yüksək nəticəyə görə təbrik edərək qeyd etmişdir ki, rayonumuzda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıralarının artması sevindiricidir. Bu həm də gənclərimizin elmə, biliyə olan marağının artması deməkdir. Ulu Öndərimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmiş, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etmişdir. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev də ulu öndər ənənələrinə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır. Ölkə rəhbəri tərəfindən ardıcıl olaraq təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmiş, təhsil islahatlarının, təhsil haqqında qanunun yerinə yetirilməsi daim diqqətdə saxlanılmışdır. Son illər rayonumuzda 40-a artıq məktəb binası yeni tikilmiş, yaxud əsaslı təmir olunmuşdur. Ali məktəblərə qəbul sahəsində rayonumuzun təhsil müəssisələri məzunlarının qazandıqları nailiyyətlər, irəliyə doğru müsbət addımlar və irəliləyiş həm müəllimlərimizin dərs ili ərzində gördükləri səmərəli təlim işinin məntiqi nəticəsi, həm də qəbula hazırlıqla əlaqədar RTŞ-nın həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərin faktik yekunu kimi dəyərləndirilməlidir.Təhsil şöbəsinin müdiri Elminaz Nadirova 2016-2017-cı dərs ilinin yekunları və 2017-2018-ci dərs ilində qarşıda duran vəzifələr barədə məruzə etdi.Elminaz Nadirova bildirmişdir ki,Cəlilabad rayonunun təhsil işçiləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Təhsil sahəsində məqsədli proqramlarının və "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsində, dövlətin təhsil siyasətinin yerinə yetirilməsində başlanmış müsbət işləri daha artıq səy və intensivliklə davam etdirəcək, qarşıya qoyulmuş vəzifələrin reallaşmasında fəallıq, təşəbbüskarlıq və işgüzarlın artırılmasına nail olacaq, təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində yeniyeni nailiyyətlər qazanacaqlar! Tədbirdə rayon üzrə ən yüksək nətiçə göstərmiş və 600-dən artıq bal toplayaraq ali məktəblərə qəbul olmuş tələbələrə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov tərəfindən "Samsung Qalaxy” mobil telefonları hədiyyə verildi.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!