Gülməmmədli kəndinə ilk dəfə təbii qaz verilmişdir

2017-09-20 15:34:10 / 5741 dəfə oxunub
Dövlət başçısının tapşırığına əsasən Cəlilabad rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam edir.Sentyabrın 19-da Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,"Azəriqaz” İstehsalat Birliyi və ictimaiyyət nümayəndələri Cəlilabad rayonunun Gülməmmədli kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş mərasimdə iştirak etmişdir.

Mərasimdə bildirilmişdir ki, 373 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12849 metr uzunluğunda müxtəlif diametrli polietilen və 30526 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 373 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.Açılış mərasimində dövlətin regionlara qayğısı və bu istiqamətdə görülən işləri diqqətə çatdıran rayon icra hakimiyyəti başçısı Əziz Əzizov qeyd edib ki,son bir ildə "Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 47 kəndi təbii qazla təmin olunub.Əziz Əzizov hazırda respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açdı,Cəlilabadda yaşayış məntəqələrinin sürətlə qazlaşdırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı,kənd sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.Tədbirdə çıxış edən Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Hüseyn Şirinov bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmışdır.Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.Sonda RİH başçısı Əziz Əzizov rəmzi məşəli alovlandırdı.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!