Biləsuvarda pambıq yığımına start verildi

2017-09-08 16:26:09 / 4643 dəfə oxunub
06 sentyabr 2017- ci il tarixdən başlayaraq Biləsuvar zəhmətkeşləri pambıq yığımına başladılar. 

Ölkə rəhbərliyi tərəfindən pambıqçılığın inkişafına verilən dəstək rayonumuzun zəhmət adamlarında da böyük ruh yüksəkliyi yaratmış və 2016-cı illə müqayisədə bu il pambıq əkin sahəsi 2 dəfə çox genişləndirilərək, 11351.8 hektara çatdırılmışdır. Əkilmiş 11351,8 hektar sahədə bütün aqrotexniki tədbirlər həyata keçirilmiş, sahələrdə bol məhsul yetişdirilmişdir. Pambıq yığımının başlanılması rayon ictimaiyyəti tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır.

Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlər, pambıqyıganlar hazır vəziyyətə gətirilmiş və bu sahədə işlərin operativliyini təmin etmək məqsədilə qərargah yaradılmışdır.

Biləsuvar zəhmətkeşlərinə pambıq yığımında uğurlar diləyirik.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!