Biləsuvar rayonunda növbəti əmək yarmarkası keçirildi

2017-09-13 11:32:39 / 4677 dəfə oxunub

12 sentyabr 2017-ci il tarixdə Biləsuvar rayonundakı Mərkəzi parkda Biləsuvar rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Biləsuvar rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçirildi.

Əmək yarmarkasında ümumilikdə rayonun 16 dövlət və qeyri-dövlət təşkilatı iştirak etmişdir ki, bunların da 11-i dövlət, 5-i isə qeydi-dövlət müəssisəsi olmuşdur.Bu təşkilatlar tərəfindən yarmarkaya 107 boş iş yeri çıxarılmışdır. Təqdim olunan boş iş yerlərindən 27-si dövlət, 80-i isə qeyri-dövlət müəssisələrinin payına düşür.Bu iş yerlərinin 19-u qulluqçu, 88-i isə müxtəlif peşə sahələrinə aid işlər olmuşdur.İş yerlərində orta aylıq əməkhaqqı 130 manatdan 300 manatadək təşkil etmişdir.

Əmək yarmarkasında 290 nəfərdən çox işaxtaran vətəndaş iştirak etdi. Tədbirdə 64 nəfərə öz ixtisas və peşələri üzrə işlə təmin olunmaq üçün göndəriş verildi.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!