Biləsuvarda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

2017-09-30 18:37:28 / 4722 dəfə oxunub
30 sentyabr 2017-ci il tarixdə Biləsuvar rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin və rayon prokurorluğunun işçiləri iştirak etdi.
Yığıncaq iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev prokurorluq işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara bundan sonra da ölkəmizdəki digər dövlət təşkilatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkarlardan qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yeni-yeni uğurlar arzuladı. Bildirdi ki, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub.Bu gündə Azərbaycan Respublikasının Prezident İlham Əliyev cənabları prokurorluq işçilərinə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, prokurorluq əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb.
Tədbirdə Biləsuvar rayon Prokuroru Qabil Əliyev çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!