Biləsuvar rayonunda “Müharibə veteranlarının problemlərinin araşdırılması” layihəsi çərçivəsində tədbir keçirildi

2017-10-06 11:44:45 / 5017 dəfə oxunub
5 Oktyabr 2017-ci il tarixdə Biləsuvar rayonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Müharibə veteranlarının problemlərinin araşdırılması” adlı layihə çərçivəsində müharibə veteranları ilə görüş keçirdi.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Əbdülrəhmanov və Qarabağ müharibəsi veteranları iştirak etdi.

Görüşü giriş sözü ilə açan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov iştirakçıları salamlayaraq təşkilatçılıq üçün göstərdiyi köməyə görə rayon İcra Hakimiyyətinə öz minnətdarlığını biildirdi. Rayonda Vətən müharibəsi veteranlarına göstərilən diqqət və qayğıdan, rəhbərlik etdiyi yerli təşkilatın bu sahədəki fəaliyyətindən söz açan natiq indiyidək gördükləri işlərdən danışdı.

Tədbirdə iştirak edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Əbdülrəhmanov respublikamızda bu kateqoriyadan olan insanlara göstərilən dövlət qayğısından, bununla bağlı olaraq qanunvericilikdə baş vermiş dəyişikliklərdən danışdı.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı çıxış edərək İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyevin adından tədbir iştirakçılarını salamladı. Biləsuvar rayonunda aidiyyatı sahədə görülmüş işlər, icra olumuş layihələr barədə məlumat verdi. Müharibə veteranların hüquqlarının müdafiəsindən ötrü respublikada mövcud olan qanunvericilik bazasından söz açan natiq, qeyd etdi ki, bəzən subyektiv səbəblərdən hansısa problemlər ortaya çıxırsa, onlar da qanuna müvafiq qayda da öz həllini tapır.
Rayon rəhbərliyinin, eləcədə aidiyyatı sahəyə cavbadehlik daşıyan idarə, müəssisəvə təşkilatların həm Qarabağ müharibəsi əllilərinə, həm şəhid ailələrinə, həm də müharibə veteranlarına daim diqqətlə yanaşdıqlarını vurğuladı. Göstərdikləri təşəbbüsə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə təşəkkür edən Kamil Qurbanlı bundan sonra da müharəbə veteranlarının qayğı və istəklərinə diqqətlə yanaşılacağını bildirdi.

Tədbir iştirakçılarından Həşim Əzimov, Almaz Məmmədova, Tofiq Hüseynov çıxış edərək onları maraqlandıran məsələlərlə bağlı suallar verdilər.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!