Azərbaycana yenidən qar yağıb - FAKTİKİ HAVA

2017-10-17 10:01:31 / 5372 dəfə oxunub

Oktyabrın 16-sı gündüzdən 17-si səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sabahinfo.az-a verilən məlumata görə, ölkə ərazisində oktyabrın 16-sı gündüzdən 17-si səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımasında və Abşeron dəniz rayonunda arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6-15, Lənkəran-Astara zonasında 9-14, Böyük Qafqazda 1-13, Mərkəzi-Aran rayonlarında 1-8, Kiçik Qafqazda 5-6, Qazax-Gəncə zonasında 0-4, Naxçıvan MR-da 0-6 mm olub.

Qar örtüyünün hündürlüyü Qrızda 9, Xınalıq və Şahdağda 4 sm təşkil edib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!