“Biz özümüzü gec-tez göstərməliydik” – Şehiç

2017-10-19 14:53:24 / 2098 dəfə oxunub

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Çempionlar Liqasının qrup mərhələsində dünən "Atletiko" ilə keçirilən oyundan (0:0) sonra Qol.az-ın suallarını cavablandırıb.

- Bu gün Çempionar Liqasının qrup mərhələsində ilk xalınızı qazandınız...

- Bu heç-heçə Azərbaycan futbolunda gələcəyə doğru atılmış növbəti addımdır. Çox xoşbəxtəm.

- Oyunla bağlı nə deyə bilərsən?

- Əvvəlki matçlarla müayisədə bu gün çox yaxşı mübarizə apardıq. İlk oyunda "Çelsi"yə böyükhesablı məğlubiyyət "Roma" ilə görüşümüzə də da təsir etmişdi. Bu gün isə biz göstərdik ki, Çempionlar Liqasının qrupuna təsadüfən düşməmişik, biz də futbol oynamağı bacarırıq.

- Qələbə qazana bilmədiyiniz üçün üzülürsən? Hər halda bunun üçün yaxşı imkanlarınız oldu.

- Biz onsuz da özümüzü gec-tez göstərməliydik. Bizim üçün turnir cədvəlində "Qarabağ"ın qarşısında 0 xalın olmaması vacibdir. Bəli, qələbə şansımız oldu, ancaq əsas odur ki, uduzmadıq.

- Oyun ərzində bir neçə dəfə komandanı qoldan xilas etdin. Sonda bir epizodda səhvə yol verdin ki, bu da qolla nəticələnə bilərdi.

- Səhv oyunun bir hissəsidir. Yaxşısı budur ki, qazandığımız xala sevinək.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!