WhatsApp-da faydalı yenilik var

2017-10-21 11:18:37 / 9264 dəfə oxunub

"WhatsApp" istifadəçiləri kontaktlar siyahısındakı dostları ilə olduqları yeri real vaxt rejimində paylaşmaq imkanı əldə edəcəklər. "Live Location" adlanan funksiya servisin hazırkı sahibi - "Facebook" şirkətindən götürülüb.

Sabahinfo.az ICTnews-a istinadən bildirir ki, yeni funksiyadan yaxın vaxtlarda həm "iOS", həm də "Android" qurğu istifadəçiləri yararlana biləcək. Şirkət bu ilin mayında oxşar funksiyanı "Messenger"də funksionallığın genişləndirilməsi üzrə uzunmüddətli eksperiment çərçivəsində sınaqdan keçirib.

Məlumata görə, "Live Location" funksiyasından yararlanmaq üçün əvvəlcə istifadəçi və ya bütöv qrupla söhbətə (çat) başlamaq tələb olunur. Açılan çat pəncərəsində "+", daha sonra "Location" düyməsini basdıqdan sonra yeni "Live Location paylaşma" funksiyası görünməyə başlayacaq. Bundan başqa, olduğu yerin göstərilmə vaxtını seçdikdən sonra "Göndərmək" düyməsi basılır. Funksiya bir neçə istifadəçi ondan birlikdə qrup şəklində olan ünsiyyətdə istifadə edəndə də işləyir. Bu halda bütün iştirakçıların yerlərinin dəyişməsi real vaxt rejimində bir xəritədə göstəriləcək.

"WhatsApp" nümayəndələrinin sözlərinə görə, digər funksiyalar kimi, "Live Location" də "End-to-End Encryption (E2EE)" şifrləməsi ilə mühafizə olunacaq. Təhlükəsizlik üçün əlavə zəmanəti vaxtölçən təmin edəcək. İstifadəçilər olduqları yerin göstərilməsi funksiyasından istifadəni hər an söndürə və ya bunu vaxtölçənin edəcəyini gözləyə biləcəklər.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!