Oksanadan Elşadın "Maşın"dan getməsinə münasibət

2017-10-21 11:24:16 / 3491 dəfə oxunub
Ötən gün "Maşın" şounu tərk edən Elşad Xoseyə rəqqasə, keçmiş həyat yoldaşı Oksana Rəsulov dəstək olub.

Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, Elşad oradan getməklə məğlub olmayıb:

"Bu gün çox sevinirəm. Elşad Xose şouda favoritim idi. Şoudan öz sözü, mədəniyyəti ilə çıxdı. Həm dostluğunu, həm də cənablığını sübut etdi. Orada qalan bəzilərinin üzlərini, ədəblərini, dürüstlüklərini millətgördü. Hər şeydən önəmlisi tamaşaçı gözü tərəzidir. Allah hər kəsin ürəyinə görə versin. Bilirəm ki, insanlar hər zaman haq-ədalət tərəfində olacaqlar.

Heç kim kiminsə keçmişinə gülüb, qınamasın. Heç kim bilmir sabah onun başına nələr gələ bilər.

Bir çoxlarını maraqlandıran suala da cavab verim: Elşadla 5 ildir ayrılmışıq. Heç bir müsahibədə olmayıb ki, mən və ya o, bir-birimiz haqqında pis fikirlər söyləyək. Əksinə hər zaman demişəm ki, Elşad mənim üçün doğma insandır. Hər bir uğurunda ona dəstəyəm. Bu gün də onun üçün sevinirəm. Çünki o, itirmədi, qazandı. Xalq səni sevir, sevəcək də. Sən əfsanəsən".

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!