"Qarabağ"ın rəhbərliyindən Türkiyənin “Sabah” qəzetinə sərt CAVAB

2017-10-21 13:12:12 / 2138 dəfə oxunub

"Qarabağ" klubundan Türkiyənin "Sabah” qəzetində dərc olunan köşə yazısına sərt reaksiya verilib.

"Qarabağ" Futbol Klubunun direktoru Əmrah Çəlikəl bildirib ki, ən böyük fağırlıq Azərbaycan və "Qarabağ”ın uğurlarına dəstək olmamaqdır.

"Əgər mənəviyyatdan xəbəriniz olsaydı, belə səviyyəsiz köşə yazıb özünü gülünc vəziyyətə salmazdınız. Bir türk qəzeti olaraq Qarabağ həqiqətlərini Avropaya və dünyaya başa salsanız, o zaman "ezik” olmaqdan qurtula bilərsiniz. Tərtəmiz qəlblərlə və əllərlə yazılmış "Qarabağ” adı bizim üçün müqəddəsdir. O hərfləri yazan təmiz əllər var olsun”.

Qeyd edək ki, Türkiyənin "Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel "Qarabağ” – "Atletiko” oyununda azarkeşlərin hazırladığı plakata yönəlik təhqiredici yazı ilə çıxış edib.

Müəllif"Ezik kareoqrafi” adlı yazısındaazarkeşlərimizin A4 formatlı kağıza"Qarabağ”sözü yazmalarını futbol tarixində ən əzik, ən fağır, ən gülməli görüntü adlandırıb.

Yazarın olaya bu cür yanaşması Azərbaycanda etirazla qarşılanıb. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aşılıb və Türkiyə mətbuatı qınanılıb.

Bundan sonra Mövlud Tezelin yazısı "Sabah” qəzetinin saytından silinib.(modern.az)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!