“Qalatasaray” tərəfdarlarından “Qarabağ”a DƏSTƏK - FOTO

2017-10-23 10:10:39 / 3420 dəfə oxunub
Türkiyə superliqasının 9-cu turunda derbi matçına - Qalatasaray” - "Fənərbaxça” oyununa baxmağa gələn azarkeşlər Azərbaycanın "Qarabağ” klubuna dəstək nümayiş etdiriblər.

Sabahinfo.az-ın xəbərinə görə, dünən "Türk Telekom” stadionunu dolduran "Qalatasaray” tərəfdarları A4 formatlı kağızlarda "Qarabağ” sözü yazılmış plakat qaldırıblar.

Qeyd edək ki, bu addım Türkiyənin "Sabah” qəzetində "Qarabağ” azarkeşlərinin eyni məzmunlu hərəkətlərinin təhqir olumasına etiraz olaraq atılıb.


"Qalatasaray” - "Fənərbaxça” oyununa gəldikdə, qarşılaşma 0:0 ilə nəticələnib.
9 turdan sonra 23 xalı olan "Qalatasaray” liderliyini qoruyur. "Fənərbaxça” 15 xalla 6-cı yerdədir.(modern.az)


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!