"İki müğənni bir kişini bölə bilmir"

2017-10-23 17:53:29 / 2644 dəfə oxunub

"Toy mövsümü yaxınlaşanda mahnı oxuyub, toy tutmağa çalışanlar var. Mən niyə belələrinin yanında görünüm? Niyə onların səviyyəsinə düşüm? Bunun yerinə ildə bir mahnı oxuyaram, bəsdir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Nisə Qasımova "Xəzər maqazin”ə açıqlamasında deyib.

Müğənni yeni çıxan sənətçiləri tənqid edib. O bildirib ki, müğənnilər özlərini şəxsi həyatları ilə reklam edirlər:

"Sənəti olmayanlar tərbiyəsizlik edir. Qapıları təpiklə açır. Onların yolunu kəsən olmur, pulla qapılar açırlar.Təyin edilmiş bir repertuar yoxdur. Onları ələkdən keçirmirlər. Bir ildən sonra deyəcəklər sənətkarıq. Birinin adı Balaxanımdır, özünə Yağmur deyir.

Nə qədər ərdən, hamiləlikdən danışarlar? Kimi sevgilidən, kimi boşanmaqdan danışır. İki müğənni bir kişini bölə bilmir. Hamilə-hamilə dar paltar geyinib efirə çıxır. Biz Avropada yaşayırıq? Avropada hamilə səhnəyə çıxdılar mən də çıxım, 1 ayda üç ər dəyişib mən beşin dəyişim deyirlər”.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!