Faiqlə Röyanın konsert qalmaqalına bu dəfə Brilliant qoşuldu

2017-10-23 15:39:04 / 3381 dəfə oxunub

Xalq artisti Brilliant Dadaşova da həmkarı Faiq Ağayevlə Röya Ayxanın konsert qalmaqalına qoşulub.

Axşam.az-ın məlumatına görə, müğənni "Xəzər maqazin”ə açıqlamasında bildirib ki, konsertdən pul qazananlar siyahısındadır:

"İndiyənə qədər konsertlərimdən maddi gəlir götürmüşəm. Heç vaxt pul xərcləmərəm ki, gəlib məni görsünlər. Satılan biletlərdən pul götürmüşəm. Dəfələrlə olub ki, bir gün planlaşdırmışıq. Biletlər çox satılıb, ikinci gün də konsert etmişik. Heç bir konsertimdə reklam çox olmayıb. Ora çoxlu sponsor yığmamışam. Afişa asılıb, insanlar bilet alıb. Heç kimə bilet paylamamışam. Süni hallar mənlik deyil".

B.Dadaşova estrada məktəbi açmaq istədiyini də deyib:

"Oxunan mahnılarda sözlər anlaşılmır, yaxşı oxumurlar. Bu da məktəbsizlikdən irəli gəlir. Musiqiçilərin də, müğənnilərin də məktəbi yoxdur. Çox istəyərdim estrada məktəbi açım".

Qeyd edək ki, F.Ağayev bir müddət əvvəl konsertlə bağlı açıqlama vermiş, ən çox konsert verən və pul qazanan üç müğənnidən biri olduğunu demişdi. Röya isə onun bu fikirlərinə etiraz bildirərək, tənqidi ifadələr səsləndirmişdi.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!