Tramp hakimiyyətə gələndən 20 ölkə Şimali Koreyadan üz çevirib

2017-10-24 10:48:51 / 3456 dəfə oxunub

ABŞ Prezidenti Donald Trampın 2017-ci ilin yanvarında inauqurasiyasından sonra 20 ölkə Koreya Xalq Demokratik Respublikası ilə əlaqələri ya tamamilə dayandırıb, ya da məhdudlaşdırıb.

Sabahinfo.az-ın məlumatına görə, belə bir statistik xəbərlə Cənubi Koreya telekanalı çıxış edib.

Telekanal xəbər verir ki, hətta Şimali Koreyanın ənənəvi dostları olan Myanma, Vyetnam, Uqanda da bu siyahıya qoşulub: "Bütün bu ölkələr şimali koreyalı diplomatları öz ölkəsindən çıxarıb".

Şimali Koreya ilə dost münasibətləri saxlayan Portuqaliya da 42 ildə ilk dəfə bu ölkə ilə diplomatik münasibətləri kəsib.

Qeyd edək ki, daha öncə Peru, İspaniya, İtaliya və Küveyt şimali koreyalı diplomatları ölkədən çıxarmışdı.(Trend)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!