Qobustan rayonunda Yeni Azərbaycan Partiyasının 25- illik yubileyi ilə bağlı silsilə tədbirlər

2017-10-19 18:16:10 / 6206 dəfə oxunub
Qobustan rayonunda Yeni Azərbaycan Partiyasının 25- illik yubileyi ilə bağlı silsilə tədbirlər davam edir.

YAP Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişaf etmiş ölkəyə çevrilməsində fəal rol oynayıb.

Bu gün Yeni Azərbaycan partiyası Qobustan rayon təşkilatında”Yeni Azərbaycan Partiyası dünənin , bu günün və gələcəyin partiyasıdır " mövzusunda Heydər Əliyev Mərkəzində elmi praktik konfrans keçirildi. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoydular. Konfransın işində Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ,YAP Qobustan rayon təşkilatı Şurasının üzvləri, ilk partiya təşkilatları sədrləri və partiya fəalları iştirak edirdi. Konfransı giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev Partiyanın keçdiyi tarixi yoldan danışaraq bildirdi ki, YAP tarixi zərurətdən yaranaraq qısa zaman kəsiyində ümumxalq partiyasına çevrildi.İctimai siyasi proseslərin kifayət qədər mürəkkəb və keşməkeşli olduğu bir vaxtda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevirilən təşkilat oldu.F Gülaliyev sonra qeyd etdi ki, xalqa vətənə, dövlətçiliyə xidmət edən YAP Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai siyasi həyatında fəal iştirak etmiş dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa töhfələr vermişdir.Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş,ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənmişdir.Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırmış, Azərbaycan regionun lider dövlətinə çevrmişdir.Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial rifah halının daha da yaxşılaşmasına səbəb olmuşdur. Sonra rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının ciddi sınaqlarla üzləşdiyi bir dövrdə Ümummilli Lider Heydər Əliyevin müdrik düşüncəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyası özünün tarixi missiyasını davam etdirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə vətənimizin tərəqqisi naminə həyata keçirilən fəaliyyətin ideya-siyasi təminatçısı rolunu müvəffəqiyyətlə yerinə yetirir .YAP sədri , ölkə Prezidenti cənab İlham Əliyevin yüksək rəhbərlik bacarığı ilə ölkəmizdə sosial-iqtisadi sahədə davam edən tərəqqi bu gün daha dinamik şəkil almışdır.Hazırda respublikamız böyük inkişaf yolundadır.Dövlətimizin iqtisadi qüdrəti durmadan artır,xalqın həyat səviyyəsi gündən –günə yaxşılaşır.Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası ilə bağlı görülmüş işlər nəticəsində çoxlu yeni müəssisələr tikilmiş iş yerləri açılmış əmək haqqları, pensiya və müavinətlər ardıcıl olaraq dəfələrlə artırılmış,vətəndaşların rifah halı durmadan yüksəlmişdir.Bu inkişafı hər bir vətəndaş yaşadığı ərazidə,öz şəxsi həyatında görür və hiss edir.Natiq qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin ,xalqımızın həyatını kökündən dəyişməklə yanaşı Azərbaycanın həyatında yeni mərhələnin əsasını qoydu və 25 il ərzində siyasi mübarizələrlə dolu şərəfli bir yol keçdi.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!