Qobustanın şəhər günü qeyd edildi

2017-10-23 18:10:24 / 6064 dəfə oxunub

23.10.2017- ci il tarixdə Qobustanın şəhər günü qeyd edildi.

Tədbir ulu öndər Heydər Əliyevin abidəsi önünə gül qoyma ilə başladı. Gül qoyma mərasimində idarə-müəssisə rəhbərləri, rayon ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir sonra Qobustan rayon Gənclər Mərkəzində davam etdi.

Tədbiri Qobustan rayon icra hakimiyyətinin başçısı cənab Adil Məmmədov giriş sözü ilə açdı və geniş məruzə ilə çıxış etdi:

Məhz cənab Prezidentimizin təşəbbüsü nəticəsində vaxtilə kiçik bir qəsəbə və kənddən ibarət olan, sosial infrastruktur və abadlıq baxımından demək olar ki, heç bir inkişafı olmayan 2 yaşayış məntəqəsi birləşdirilərək 23.10.2008 – ci ildə müasir Qobustan şəhəri yaradılmış və qısa müddətdə burada görülən işlər bizə deməyə əsas verir ki, yaxın gələcəkdə Qobustan şəhəri respublikamızın ən abad, gözəl bir şəhərinə çevriləcəkdir.

Bu il rayonumuz üçün də çox uğurlu olmuşdur. Xüsusilə ən ələmətdar hadisə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rayonumuza səfəridir.

Bildiyiniz kimi cənab Prezident 2 oktyabr 2017-ci il tarixdə rayonumuzda olaraq görülmüş işlərlə bir daha yerində tanış olmuş, şəhərdə inşa edilmiş 100 yerlik uşaq bağçasının, Təklə-Sündü-Xilmilli yolunun, 4 zolağa genişləndirilmiş Bakı-Şamaxı yolunun Cəngi-Bədəlli hissəsinin açılışını etmiş, şəhərimiz üçün həyati əhəmiyyət kəsb edən su layihəsinin başa çatdırılması ilə əlaqədar Sukanal İdarəsinin yeni inzibati binasında ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Cənab Prezident bu görüşdə rayon xəstəxanasının tikintisi ilə əlaqədar olaraq bildirmişdir ki, burada işlər yavaş gedir, sürətləndirilməlidir.

Möhtərəm Prezidentimizin özünün də qeyd etdiyi kimi bu səfər Ölkə Başçısının Qobustan rayonuna 4-cü səfəri idi. Cənab Prezidentin hər bir səfəri Respublikamızın hər yerində olduğu kimi Qobustan rayonunda da əhalinin sosial problemlərinin həllinə, rifah halının yaxşılaşmasına və ümumiyyətlə rayonumuzun inkişafına çox mühüm bir təkan verir.

Qobustan rayonunda inkişaf yalnız Qobustan şəhəri ilə məhdudlaşmır, bizim kəndlərimizin bir çoxunda artıq, içməli su, yol, məktəb, rabitə, elektrik enerjisi ilə təminat məsələləri öz müsbət həllini tapmışdır.
Rayonumuza göstərdiyi bu yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentimizə rayon ictimaiyyəti adından öz dərin minnətdarlığımızı bildiririk.

Rəsmi hissəsi bitdikdən sonra tədbir konsert tanınmış sənətçilərin ifaları ilə davam etdi.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!